CƏMİYYƏT


Şəmkirdə ağır qəza: Sürücü öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax- avtomobil yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Opel" markalı minik maşını yoldan çıxaraq aşıb. İdarəetmədən çıxan minik maşını əvvəlcə yol kənarındakı betona daha sonra isə dərəyə düşüb. Qəza zamanı sürücü rayonun Çinarlı qəsəbə sakini, 20 yaşlı Elvin Bayramov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.