CƏMİYYƏT
Gəncədə avtomobili sərxoş halda idarə edən sürücü həbs edilib
12.02.2024 [10:53]
Gəncə şəhər sakini Amil Şərifov yol-hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb. Həmçinin, avtomobilin ön yan şüşələrinə tünləşdirilmiş örtük yapışdıran sürücünün il ərzində bir dəfə də sərxoş halda avtomobil idarə etdiyinə görə barəsində inzibati tədbir görülməsi və sürücülük hüququndan məhrum olması məlum olub. Sürücü barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.