Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtda “taksi” sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik aşkar edilib

12.02.2024 [13:26]

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1990-cı il təvəllüdlü Orxan Məmmədov və 1985-ci təvəllüdlü Ramin Səbbaqi saxlanılıblar. O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.