Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verilib

12.02.2024 [14:20]

Bakı şəhər İcra Hakimiyyətinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə layihəsi çərçivəsində 350-dən artıq sakinin yaşadığı 4 girişli, 5 mərtəbəli olmaqla, Moskva prospekti 72 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.