SİYASƏT


Aİ-nin Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə edilmiş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.
Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə edildiyi vurğulanıb.