Qubadlıda silah-sursat aşkarlanıb
13.02.2024 [11:03]
Qubadlı rayonunda silah-sursat aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Rayonun Qayalı kəndi ərazisində 1 qumbaraatan, 44 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.