CƏMİYYƏT
Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verib
13.02.2024 [11:50]
Gəncədə 30 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər. Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları vətəndaşlarla fərdi söhbət aparıblar. Bildirilib ki, Daxili İşlər Nazirliyinin çağırışına uyğun olaraq vətəndaşların döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi təqdirəlayiq haldır.Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.