CƏMİYYƏT


Şabranda üç yaşayış məntəqəsinin yolu əsaslı təmir edilir

Şabran rayonunda 4 min əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrindən ayrılan Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 11,5 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir və yolların eni 10 metrə qədər genişləndirilir.