SİYASƏT


Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunlarını təsdiqləyib və elan edib

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı oxuyub. Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələr təsdiq edilsin.

Qərara əsasən Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilib.