Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Fransada fermerlərin etiraz aksiyaları

14.02.2024 [09:54]

Fransada fermerlərin qəzəbi yenidən alovlanıb. Süd istehsalçıları Milli Assambleya və Eyfel qülləsi arasında nümayiş keçirir.
AZƏRTAC xəbər verir ki, süd istehsalçıları maaşlarının artırılması tələbi ilə nümayiş keçirirlər. Onlar iş şəraitlərinin son dərəcə ağır olmasına baxmayaraq, maaşlarının çox az olduğunu bildirirlər. Süd istehsalçılarının etiraz hərəkatı Müstəqil Süd İstehsalçıları Birliyi (APLİ) tərəfindən dəstəklənir.