Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samuxda açıq ərazidə yanğın baş verib

14.02.2024 [11:37]

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Samux rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.