CƏMİYYƏT


Uşaqlara qoyulan qəribə adların psixologiyaya təsiri

Tovuz, Dominik, Əskinaz - bu ifadələr 2023-cü ildə valideynləri tərəfindən uşaqlara verilən adlardır. Bəzi hallarda belə adlar gülüş mənbəyinə də çevrilir. Bu isə uşaqlarda gələcəkdə psixoloji problemlər yarada bilər. Bu siyahını daha da artıra bilərik. Məsələn Lənkəran, Ərəbzəngi, Ciyərxan adları da 2023-cü ildə uşaqlara qoyulan adlardandır.