CƏMİYYƏT


Kəlbəcər-Laçın avtomobil yolunun inşası davam edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda Kəlbəcər-Laçın avtomobil yolunun müəyyən hissələrində qazma-dolğu işləri icra olunur, yeni torpaq yatağı inşa edilir. Bundan başqa, düzbucaqlı və dairəvi suötürücü boruların, həmçinin su kanallarının tikintisi, drenaj işləri və daş divarın inşası aparılır. Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 10-da tikinti işləri uğurla davam etdirilir.