Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yol Polisindən hava şəraiti ilə bağlı xəbərdarlıq

15.02.2024 [12:30]

Xəbər verildiyi kimi bir neçə gün davam edən mülayim hava şəraiti bu gündən etibarən dəyişib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə aşağı enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinın fevralın 18-dək davam edəcəyi gözlənilir. Hazırda paytaxt ərazisində müşahidə olunan dumanı, eləcə də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik.