CƏMİYYƏT


Yol qaydalarını pozan bloger saxlanıldı AÇIQLAMA

Sosial şəbəkədə "Esma Nur" adı ilə tanınan Axundzadə Əsmər Roman qızı idarə etdiyi 77-ES-777 qeydiyyat nişanlı, "Range Rover" markalı avtomobillə videoçəkiliş aparmaqla kobud qayda pozuntularına yol verdiyi üçün Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən saxlanılıb.
DYP-dən AZƏRTAC-a verilən məlumata görə, aktiv sosial şəbəkə istifadəçisi olan xanım sürücü araşdırma zamanı çoxsaylı izləyici toplamaq məqsədilə inzibati qayda pozuntusu törətdiyini etiraf edib və əməlindən peşman olduğunu bildirib. Törətdiyi əməlin mahiyyəti və doğurduğu mənfi nəticələr barədə sürücü ilə izahedici söhbətlər aparılmaqla barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbirləri görülüb.