Moskvada “Millətlərin azadlığı uğrunda!” mövzusunda beynəlxalq forum keçirilir
15.02.2024 [18:18]
Xəbərin mətni
“Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə 50-yə yaxın ölkədən 60 siyasi partiyanı, ictimai-siyasi təşkilatı təmsil edən 200-dən çox nümayəndə iştirak edir.
Neokolonializmin müasır təzahürlərinə qarşı mübarizə məsələlərinin müzakirə olunduğu forumun təşkilatçıları tədbirin bütün qitələrdə məsul siyasi qüvvələrlə qarşılıqlı faydalı çoxtərəflı əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıdığını, qlobal və regional gündəmdə olan məsələlərə tərəflərin yanaşmalarını müqayisə etməyə imkan verəcəyinə əmindirlər.