Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜNÜN MÖVZUSU: Bu il 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq

15.02.2024 [18:28]

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində bir sıra vacib açıqlamalar verdi. Prezident bildirdi ki, Böyük Qayıdış proqramı çərçivəsində bu il ən azı 20 yaşayış məntəqəsi keçmiş məcburi köçkünlərin ixtiyarına veriləcək. İlin sonuna qədər 5 şəhərdə və 15 kənddə 20 min keçmiş məcburi köçkünün yerləşdirilməsi planlaşdırılır. Mövzunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynovla müzakirə edirik.