CƏMİYYƏT


Bakıda uşaqlarını diləndirən qadın barədə AÇIQLAMA

Paytaxtın Xətai rayonu ərazisində yerləşən müvafiq ünvanda azyaşlı övladları ilə birgə məskunlaşmış 1987-ci il təvəllüdlü şəxslə dəfələrlə profilaktiki söhbətlərin aparılmasına, öz razılığı ilə övladlarının uşaq evlərinə yerləşdirilməsi barədə təkliflərin verilməsinə baxmayaraq, o, bundan imtina edərək dilənçiliklə məşğul olmağa davam edib. Polis əməkdaşları tərəfindən şəxs barəsində müxtəlif vaxtlarda qanunamüvafiq tədbirlər görülüb.