CƏMİYYƏT


FHN: Evi yararsız hala düşən kənd sakini üçün müvəqqəti çadır ev qurulub

Evi yararsız hala düşən kənd sakini üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurulub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-nə Yevlax rayonu, Hacıselli kənd sakini İlqar Qurbanov Kazım oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən Hacıselli kənd sakini İ.Qurbanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.