CƏMİYYƏT


Xaçmazda vətəndaşlara 3 milyon manatdan çox ziyan vuran şəxslər saxlanılıblar

Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək, onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərovanı saxlayıb. Könül Müzəffərova uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək, onların ümumilikdə 55 min manat pulunu ələ keçirib. Keçirilən digər əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ceyhun Əsgərov da saxlanılıb. O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə, ümumilikdə 3 milyon manatdan artıq zərər vurub.