CƏMİYYƏT


Milli vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri

Son 20 ildə cəmiyyətin bütün sahələrində fəal iştirak edən gənclərin vətənə olan sevgisinin bariz sübutu 44 günlük Vətən müharibəsi idi. Bu gün Azərbaycan gəncləri dünyanın ən prestijli universitetlərində təhsil alır. Azərbaycan bayrağını müxtəlif platformalarda öz gücü, ağlı və bacarığı sahəsində ucaldır. Təbii ki, bu mənəvi gücün arxasında dayanan dövlət qayğısıdır.