CƏMİYYƏT


Sənədsiz evlər bu halda sığortalana bilər

Artıq bir müddətdir ki, evlərin icbari sığortası məcburi hesab olunur. Lakin buna baxmayaraq daşınmaz əmlakın sığortası məsələsində bəzi çətinliklər qalmaqdadır. Bu problemlərdən biri də sənədi olmayan evlərin hələ də sığortalana bilməməsidir. Əmlak eksperti Elnur Fərzəliyevin sözlərinə görə, bu sahədə şaxələnmə olduğu üçün daşınmaz əmlakın icbari sığortalanması məcburi hala çevrilə bilmir.