RƏSMİ
Münxendə Prezident İlham Əliyev ilə ATƏT-in fəaliyyətdə olan sədri İan Borqun görüşü keçirilib
16.02.2024 [20:37]
Xəbərin mətni
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
AZƏRTAC xəbər verir ki, İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırdı.