Prezident İlham Əliyev ilə Türkiyənin xarici işlər nazirinin Münxendə görüşü olub
17.02.2024 [00:38]
Xəbərin mətni
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.
AZƏRTAC xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.