Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarlı havada avtoxuliqanlıq edən sürücülər həbs edilib

17.02.2024 [10:36]

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Akif Məmmədov və Fərəc Əmirov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlər edərək avtoxuliqanlıq edib və görüntüləri videoçəkiliş edərək sosial şəbəkələrdə paylaşıblar. Onların barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib