CƏMİYYƏT


Qaradağ polisinin keçirdiyi əməliyyat zamanı sakindən külli miqdarda narkotik aşkar olunub

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobustan qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram marixuana, 245 qram tiryək və psixotrop tərkibli 100 ədəd metadon həbi götürülüb.