CƏMİYYƏT


Gəncədə fərdi yaşayış evində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb və bitişik evə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 120kv.m olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları 62kv.m və dam örtüyü 110kv.m sahədə yanıb.