DÜNYA


Filippində torpaq sürüşməsində ölənlərin sayı 96-ya çatıb

Filippinin cənubundakı Davao-de-Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 96-ya çatıb.
AZƏRTAC Filippin mediasına istinadla xəbər verir ki, dağıntı, torpaq, palçıq və qaya axını altında qaldığı güman 32 nəfərin axtarış işləri davam edir. Ölənlər və itkin düşənlər ərazidə yerləşən qızıl mədəninə gedən və qayıdan avtobusdakı fəhlələr, habelə kənd sakinləridir. Sürüşmə baş verəndən 60 saat sonra dağıntı altında üç yaşlı qız uşağı tapılıb. O, hələlik təbii fəlakət yerində sağ tapılan sonuncu şəxsdir.