CƏMİYYƏT


Toy yasa döndü - Qonaqlardan ikisi eyni səbəbdən öldü

Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı.