CƏMİYYƏT
Yaşıl enerji – Zəngəzurdan Avropaya doğru EKSKLÜZİV
17.02.2024 [19:53]
Son illər Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Demək olar ki iqtisadiyyatın bütün sahələrində bərpa olunan enerji tətbiq olunur. Bu sahə üzrə görüləcək yeni işlər haqqında AZƏRTAC-a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.