Şəkidə zəncirvari qəza baş verib, 8 avtomobilə ziyan dəyib
19.02.2024 [16:37]
Şəkidə zəncirvari yol qəzası olub. Hadisə Şəki-Qax- Zaqatala avtomobil yolunun Şəki şəhər ərazisindəki Kiş çayı üzərində olan körpüdə baş verib. Qəza nəticəsində xəsarət alan olmasa da Şəkinin Qoxmuq kəndindindən Şəki və əksinə hərəkət edən 4-ü ciddi olmaqla 8-ə yaxın avtomobilə ziyan dəyib. İlkin ehtimala əsasən qəzaya səbəb uzunluğu 420 metr olan körpününün yol örtüyünün buz bağlaması olub.