Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Çində havaların kəskin soyuması ilə əlaqədar xəbərdarlıq elan edilib

19.02.2024 [21:54]

Çinin Milli Meteorologiya Mərkəzi ölkədə gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar ən yüksək dərəcədə xəbərdarlıq elan edib.
Proqnozlara görə qarşıdakı günlərdə ölkənin əksər hissəsində havanın hərarəti 8-12 dərəcə aşağı düşəcək. Sincan Uyğur və Daxili Monqolustan muxtar rayonlarında, Qansu, Heyloncian, Hunan və Quycou vilayətlərində isə havanın hərarətinin 20 dərəcəyədək enməsi proqnozlaşdırılıb. Soyuq hava kütləsinin təkcə havanın hərarətini endirməyəcəyi, həm də güclü külək, yağıntı və qum tufanı meydana gətirəcəyi gözlənilir.
Artıq fevralın 19-dan etibarən Çinin şimal hissələrində soyuq hava kütləsinin hakim olmağa başladığı müşahidə olunur. Sincan Uyğur Muxtar Rayonunda havanın hərarəti 20 dərəcəyədək enib, Altay prefekturasının Çinhe qəzasında havanın hərarəti -43,3 dərəcə Selsi olub, bəzi yerlərdə qum tufanı meydana gəlib.