CƏMİYYƏT


Məktəbli qıza qarşı qeyri-etik hərəkətlərlə bağlı məsələ nəzarətə götürülüb

Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdi məktəbin IX sinfindən məzun olmuş qıza qarşı qeyri-etik hərəkətlər edib. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Video sosial şəbəkələrdə yayılıb və ciddi qınağa səbəb olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib ki, şagirdin məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər bağlı məsələ nəzarətə götürülüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də hadisə ilə bağlı hər iki ailəni nəzarətə götürüb
Hazırda Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır.