CƏMİYYƏT


Ağstafada polisin “saxla” əmrinə tabe olmayan şəxs həbs edilib

Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ, DYPB) əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” işarəsi verilib. Lakin sürücü polis əməkdaşının qanunu tələbinə tabe olmayaraq hərəkətini davam etdirib və rayon ərazisində təhlükəli manevrlər edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində sürücü saxlanılıb.