Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: İmişlidə itkin düşən azyaşlının axtarışları davam edir

20.02.2024 [14:03]

Xəbərin mətni

Ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda nazirliyin Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.