CƏMİYYƏT


Bakı-Quba yolunda yeni yerüstü piyada keçidi tikilir

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni yerüstü piyada keçidi tikilir.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni isə 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır. Hazırda layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılıb.