CƏMİYYƏT
Salyanda avtomobil aşıb: Ölən və yaralılar var
21.02.2024 [20:03]
Salyanda yol nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonu Xıdırlı kəndi ərazisində qeydə alınıb. “VAZ-21010” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 3 nəfər Cəlilabad rayon sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri 1970-ci il təvəllüdlü Azər Aslanov xəstəxanaya aparılarkən yolda ölüb. Digər iki yaralı Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.