Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Cənubi Koreyada istefa verən həkim-internaların sayı 8816-ya çatıb

21.02.2024 [21:22]

Xəbərin mətni

Cənubi Koreyada hökumətin ali məktəblərdə tibb ixtisasları üzrə qəbul kvotasını artımaq planına etiraz olaraq istefa ərizəsi təqdim edən həkim-internaların sayı artaraq 8 min 816-ya çatıb. Bu barədə Cənubi Koreyanın Səhiyyə Nazirliyi açıqlama yayıb. Bu, ölkədəki bütün həkim-internaların 71,3 faizi deməkdir. İşdən çıxmaq üçün ərizə təqdim edən həkim-stajorlar ölkənin 100 tibb müəssisəsində çalışanlardır.