CƏMİYYƏT


“DSX-də hərbi-tibbi təminatın təşkili sahəsində yeni innovativ yanaşmaların tətbiqi” mövzusunda müşavirə keçirilib

Fevralın 21-də Hərbi Hospitalda Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi tərəfindən “DSX-də hərbi-tibbi təminatın təşkili sahəsində yeni innovativ yanaşmaların tətbiqi” mövzusunda xidməti müşavirə keçirilib.
Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Dövlətimizin başçısının Hərbi Hospitalın yeni binasının açılışında iştirak etməsinin Azərbaycan sərhədçilərinə ali diqqətin növbəti təzahürü olduğunu xüsusi vurğulayıb.