CƏMİYYƏT
Yol Polisi İdarəsi: Azarkeşlərdən şəxsi avtomobildən istifadə etməmək tövsiyə olunur
22.02.2024 [12:23]
Bu gün doğma komandamız “Qarabağ” və Portuqaliyanın “Braqa” klubları arasında keçiriləcək oyunu izləməyə gələn futbol azarkeşlərindən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də keçirilməsi nəzərdə tutulan futbol yarışı ilə əlaqədar azarkeşlərin, eləcə də digər hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün müvafiq tədbirlər görülüb.