CƏMİYYƏT


Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Bu günədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan beş yaşayış məntəqəsi üzrə 1360 məcburi köçkün ailəsinin (5354 nəfər) daimi məskunlaşması təmin edilib.
Laçın rayonunun Zabux kəndi də onlardan biridir. Kənddə bütün zəruri texniki-sosial infrastruktur qurulub, sakinlərin rahat yaşayışı üçün işlər görülüb. Zabuxun 797 sakini (207 ailə) doğma yurdda yaşayır, onun dirçəlməsinə və gələcək inkişafına töhfə verirlər.