CƏMİYYƏT


Daxili işlər naziri Saatlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 22-də Saatlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
AZƏRTAC xəbər verir ki, nazir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Saatlı rayonundakı abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.