CƏMİYYƏT
İsmayıllıda avtomobil qəzasında bir nəfər ölüb
22.02.2024 [22:44]
Xəbərin mətni
İsmayıllıda avtomobil qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən ölüb. Araşdırma aparılır.