Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəncədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

23.02.2024 [11:23]

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gündəlik xidmətinin əsas meyarına çevirən Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları tərəfindən şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən 30-dan çox şəxs saxlanılıb.