CƏMİYYƏT


Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolu təmir olunur

Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Quba rayonunun Qırmızı Qəsəbə qəsəbəsini Qusar rayonunun Quxuroba kəndi ilə birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmirinə başlanılıb. Uzunluğu 32 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilir.