Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suraxanıda əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

23.02.2024 [15:16]

Xəbərin mətni

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Ruslan İslamov, Şəmsi Məcidov, əvvəllər məhkum olunmuş Elşən Ələkbərov və daha bir qadın saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 3 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunub. Araşdırma zamanı R.İslamovun narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olduğu da müəyyən edilib.