Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN-in Sumqayıt Regional Mərkəzi obyekt mülki müdafiə məşqi keçirib

24.02.2024 [09:44]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan heyətin mülki müdafiə sahəsində biliyinin artırılması və bu sahədə əməli vərdişlərin aşılanması olub.