CƏMİYYƏT


Varşavadakı katolik kilsəsində ibadət zamanı Xocalı şəhidləri anılıb

Fevralın 25-də Xocalı soyqırımının 32-ci ildönümü Polşada da qeyd edilib. Polşa Azərbaycanlıları Şurası tərəfindən Xocalı soyqırımı ilə bağlı Varşava şəhərindəki "Evangelist Lukas" katolik kilsəsində 250-dən çox Polşa vətəndaşının iştirak etdiyi tədbir təşkil edilib. Xocalı faciəsinin qurbanları kilsədə katoliklərin "messa" saatı adlanan kütləvi ibadəti zamanı yad olunub.