Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

26.02.2024 [13:50]

Xəbərin mətni

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 32-ci ildönümü ilə əlaqədar dövlət və hökumət rəsmiləri, müxtəlif idarə və təşkilatların kollektivləri, o cümlədən müəllimlər, məktəblilər gün ərzində “Ana harayı” abidəsini ziyarət edirlər.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın kollektivi də “Ana harayı” abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirələrini dərin ehtiramla anıb.