CƏMİYYƏT


Kütləvi qətliamın törədildiyi Qaraqaya -XOCALI SOYQIRIMININ ŞAHİDLƏRİ HADİSƏ YERİNDƏ DANIŞIRLAR

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda 2500 sakin şəhəri tərk edərək, Ağdam istiqamətində qaçmağa məcbur oldu. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edildi, əsrin faciəsi törədildi.
AZƏRTAC-ın bölgə müxbiri Xocalıda qanlı cinayətlərin törədildiyi ərazilərdən birində – Qaraqaya yaxınlığında faciə şahidləri ilə həmsöhbət olub, 32 il əvvəl baş verən hadisələri onların dilindən dinləyib.